Leyla Şıxlinskayadan “Gün keçdi” filmi ilə bağlı təklif

Hazırda oxunan: Leyla Şıxlinskayadan “Gün keçdi” filmi ilə bağlı təklif

645631

Xalq artisti Leyla Şıxlinskaya “Gün keçdi” filminin davamının çəkilməsini istəyir.

Bizim.Media xəbər verir ki, aktrisa bu barədə “Qonaqcanlı” verilişində danışıb. 

O, “Bu gün də keçdi” adlı qısametrajlı ekran əsərinin lentə alınmasını arzuladığını bildirib:

“Mən istərdim ki, “Bu gün də keçdi” adlı qısa film çəksinlər. “Gün keçdi” filmindən kadrları götürək. Orada “Oqtay” obrazına da heç gərək yoxdur. Amma hələlik bununla bağlı bir cavab yoxdur. Bunun üçün də pul lazımdır”.

Qeyd edək ki, “Gün keçdi” filmində Leyla Şıxlinskaya "Əsmər", Həsən Məmmədov isə "Oqtay" obrazını canlandırıb. (axsam.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin