ABŞ-nin paytaxtı Vaşinqtonda Kapitoli binası qarşısında Prezident Donald Trampın miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilir.
Bizim.Media xəbər verir ki, etirazçılar ABŞ-ın Miqrasiya və Gömrük Xidmətinin (ICE) saxlanma mərkəzlərində həyatını itirən şəxslərin fotolarını nümayiş etdiriblər.
Konqresə aralıq seçkilərə cəmi bir gün qaldığı bir vaxtda Trampın miqrasiya siyasətinin əleyhdarları deportasiya və miqrantların saxlanma şəraitinə diqqət çəkməyə çalışırlar. Aksiya zamanı hüznlü musiqi səsləndirilib. Etirazçılardan biri məqsədinin artıq öz səsini çatdıra bilməyən insanların əvəzinə danışmaq olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 17-də Texas ştatındakı miqrant saxlama mərkəzində təhlükəli şəraitlə bağlı məhkəmə iddiası qaldırıldığı bildirilmişdi. Saxlanılan şəxslər gigiyena vasitələrinin olmadığını və ərazidə kəskin nəcis qoxusunun yayıldığını iddia etmişdilər.
Oktyabrın 25-də isə Corciya ştatındakı miqrant saxlama mərkəzində bir kişi vəfat edib. Həmin müəssisədə ağır şəraitə etiraz olaraq tətil davam edir.
Bizim.Media

































































































