“Kanada ABŞ-dən həddindən artıq asılıdır və digər ölkələrlə də tərəfdaşlıq əlaqələrini genişləndirməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni bəyan edib.
O bildirib ki, kanadalıların baş verən hadisələrdən çıxardığı əsas dərs ABŞ-dən asılılığın azaldılması və ölkənin daxili potensialının gücləndirilməsidir.
Karni qeyd edib ki, Kanada beynəlxalq arenada özünə yaxın dəyərləri bölüşən dövlətlərlə tərəfdaşlığını şaxələndirməli və dərinləşdirməlidir.
Baş nazirin sözlərinə görə, Kanadanın dəyərləri ən çox Avropa İttifaqının dəyərləri ilə üst-üstə düşür. Tərəflərin güclü tərəfləri bir-birini tamamladığı üçün bu tərəfdaşlıq getdikcə inkişaf edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:53 / 02.11.2026
Kanada xarici siyasətini dəyişir: ABŞ-dən asılılığı azaltmaq istəyir
Hazırda oxunan: Kanada xarici siyasətini dəyişir: ABŞ-dən asılılığı azaltmaq istəyir
Hazırda oxunan: Kanada xarici siyasətini dəyişir: ABŞ-dən asılılığı azaltmaq istəyir
645608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































