Avropanın yeddi ölkəsində onlarla supermarketin soyuducu və dondurucu sistemləri ehtimal olunan kiberhücumun hədəfinə çevrilib.
Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Hadisə Belçika, Lüksemburq, İsveç, İrlandiya, Niderland, Estoniya və Finlandiyadakı mağazalara təsir edib. Belçika və Lüksemburqda “Delhaize” şəbəkəsinə məxsus təxminən 40 supermarket zərər çəkib.
“Delhaize” şirkətinin sistemlərini idarə edən “Sabcobel” şirkətinin baş direktoru hadisənin kiberhücum olduğunu təsdiqləyib. O bildirib ki, zərərçəkmiş qurğuları şəbəkədən ayırmaq üçün əməkdaşlar gecə və səhər saatlarında fasiləsiz çalışıblar.
Məlumatlara görə, Avropanın bir sıra supermarketlərində dondurucu kameraların temperaturu 50 dərəcəyədək yüksəlib.
Hücumun arxasında kimin dayandığı hələlik məlum deyil.
Qeyd edək ki, daha əvvəl Fransa və Niderlandda da yüzlərlə mağazanın soyutma sistemləri sıradan çıxıb. Naməlum şəxslər avadanlıqların temperatur rejimini məsafədən dəyişiblər.
Bizim.Media
































































































