Rusiya qoşunları Ukraynanın Zaporojye vilayətinin Komışuvaхa qəsəbəsinə bir neçə aviazərbə endirib. Nəticədə 18 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski hadisə ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, hücum humanitar yardımın yerli sakinlərə paylanması üçün istifadə olunan məktəbə edilib. İlk zərbədən sonra insanların olduğu sığınacaq daha 9 aviasiya bombası ilə vurulub.
Zelenski vurğulayıb ki, Rusiya tərəfi məktəbdə mütəmadi olaraq humanitar yardım paylandığından xəbərsiz ola bilməzdi.
Ukrayna Prezidenti baş verənləri Moskvanın gərginliyi azaltmaq niyyətində olmadığının sübutu kimi qiymətləndirib. O, beynəlxalq ictimaiyyəti hadisəyə sərt reaksiya verməyə və Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.
Bizim.Media
































































































