Əs-Süveyda əsilli qadın Suriyada sülh müşaviri oldu

Hazırda oxunan: Əs-Süveyda əsilli qadın Suriyada sülh müşaviri oldu

645628

Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani Muzna Məmdouh əl-Ətraşı sülh məsələləri üzrə müşavir təyin edib.

Bizim.Media xəbər verir ki, əl-Ətraş ölkənin mərkəzi hakimiyyəti ilə münasibətlərdə gərginliyin davam etdiyi Əs-Süveyda vilayətindəndir.
 

Məlumata görə, o, humanitar, ictimai və media sahələrində iş təcrübəsinə malikdir. Bu təyinat Dəməşqin vilayətdəki vəziyyətin siyasi yolla tənzimlənməsinə hazır olduğunun göstəricisi kimi qiymətləndirilir.


Qeyd edək ki, 2025-ci ilin sentyabrında Əs-Süveyda vilayətində təhlükəsizliyin bərpasını, qanunun aliliyinin möhkəmləndirilməsini və bölgənin ümumilikdə Suriya dövlətinə inteqrasiyasını nəzərdə tutan üçtərəfli yol xəritəsi təklif olunub. Lakin hökumət əleyhinə hərəkatın lideri Hikmət əl-Hicri bu plana qarşı çıxır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin