Ermənistanın yeni Konstitusiya layihəsinin ilin sonunadək, böyük ehtimalla noyabr ayında ictimaiyyətə təqdim olunması gözlənilir.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, layihə dərc olunduqdan sonra ictimai müzakirələrə başlanılacaq, təkliflər qəbul edilərək müzakirəyə çıxarılacaq. Bu proses cəmiyyətin yeni Konstitusiya layihəsi ilə razılaşanadək davam edəcək.
Paşinyan qeyd edib ki, yalnız bundan sonra əlavə və dəyişikliklər edilmiş layihə hökumət tərəfindən təsdiqlənərək parlamentə göndəriləcək.
Bizim.Media


































































































