Sərnişinlərin nəzərinə: Üç marşrutun yolu dəyişəcək

Hazırda oxunan: Sərnişinlərin nəzərinə: Üç marşrutun yolu dəyişəcək

645611

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunun kanal yaxınlığında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, məhdudiyyətlə əlaqədar 210, 215 və 218 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən, 210 nömrəli marşrut Hövsan qəsəbəsi–Hövsan bağları, 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası-Hövsan bağları, 215 nömrəli marşrut isə Türkan qəsəbəsi–Türkan bağları–Hövsan bağları istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, marşrutların hərəkət sxemlərindəki dəyişiklik təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyət müddətində qüvvədə olacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin