Bloqerin təşkil etdiyi məclisdə 2 nəfər sıxlıqdan öldü

Hazırda oxunan: Bloqerin təşkil etdiyi məclisdə 2 nəfər sıxlıqdan öldü

645616

Pakistanda məşhur yerli bloqer Ansar Cattın (Mister Patlu) toyqabağı məclisində baş verən izdiham nəticəsində iki nəfər ölüb, 18 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bloqer məclis iştirakçıları arasında avtomobil, 50 motosiklet və hər biri 180 dollar olmaqla 50 pul mükafatının oynanılacağını elan edib. 

Təşkilatçılar əvvəlcə giriş qapısını bağlayıb, daha sonra qəfil açıb və bu, izdihama səbəb olub. Hadisə yerində 5 mindən çox insanın toplandığı qeyd edilib.
 

Sialkot rəsmiləri təhlükəsizlik qaydalarını və tədbirin keçirilməsi üçün verilən icazə şərtlərini pozmaqda şübhəli bilinən 9 nəfərə, o cümlədən Catta və şəxsiyyəti müəyyənləşdirilməyən 40-45 mühafizəçiyə qarşı ittiham irəli sürüblər.


Polis tərəfindən 6 şübhəli saxlanılıb, hadisədən sonra qaçan Mister Patlunun axtarışları davam edir.

Hazırda axtarışda olan bloqer sosial şəbəkədə paylaşdığı videoda ağlayaraq faciədən sonra özünü tamamilə tək və köməksiz hiss etdiyini bildirib. (axsam.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin