Qazaxıstanın qərbində yerləşən Atırau vilayətində dövlət çevrilişinin qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, ölkənin konstitusiya quruluşunun əsaslarını zor tətbiq edərək dəyişdirməyə cəhd edən cinatyətkar dəstə üzvlərindən 10 nəfər saxlanılıb.
Saxlanılan şəxslər ekstremist qrupun yaradılmasında iştirak etmək, terrorizmi təbliğ etmək və dini ədavəti qızışdırmaqda şübhəli bilinirlər.
Həmin şəxslərin evlərinə baxış zamanı odlu silah, narkotik vasitə, dini ədəbiyyatlar maddi sübut kimi götürülüb. Onların yaratdıqları uşaq və yeniyetmələr üçün üç yeraltı təlim mərkəzinin fəaliyyəti də dayandırılıb.
Bizim.Media




































































































