Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi - Foto

Hazırda oxunan: Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi - Foto

645612

“Real”ın baş məşqçisi Joze Mourinyo London “Arsenal”ının futbolçusu Rikardo Kalafiorinin transferində maraqlıdır.

Bizim.Media xəbər verir ki, bu haqda "TEAMtalk" məlumat yayıb.

Madrid təmsilçisinin nümayəndələri italiyalı müdafiəçinin çıxışlarını yaxından izləyir və artıq onun ətrafına transfer marağı barədə məlumat veriblər. Mourinyo 24 yaşlı futbolçunu dünyanın ən yaxşı sol cinah müdafiəçilərindən biri hesab edir.
 

Bununla belə, “Arsenal” hazırda Kalafiorini satmaq niyyətində deyil. Əksinə, London klubu 2027-ci ildə müdafiəçi ilə yeni müqavilə üzrə danışıqlara başlamağı planlaşdırır.


Bildirilir ki, Kalafiorinin transferi baş tutmasa, “Real” alternativ variant kimi “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiolu nəzərdən keçirir.

Qeyd edək ki, Kalafiori bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi - Foto - foto 1


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin