Argentina Prezidenti Xavyer Miley (Javier Milei) sosial hesabında Dünya Çempionatı ilə bağlı ölkəsinə ünvanlanan tənqidlərə cavab verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Miley Argentina milli komandasının 2026-cı il FİFA Dünya Çempionatındakı uğurlarına görə "qısqanıldığını" iddia edib.
"Düşmənləriniz var? Bu, nə vaxtsa nəyisə müdafiə etdiyiniz mənasına gəlir. Biz Argentinanı müdafiə edirik və Argentina ilə bağlı məsələ odur ki, biz diqqət çəkirik, gözə çarpırıq, bizi qısqanırlar və demək olar ki, hər şeydə möhtəşəmik. İndi dünya argentinalılarla dolu bir ölkənin nələrə qadir olduğunu görəcək".
Miley paylaşımında süni intellektlə hazırlanmış bir görüntüyə də yer verib.
Şəkildə köynəyini açaraq altında Argentina milli komandasının formasını göstərən prezident "Yaşasın Argentina" mesajını bölüşüb.
Qeyd edək ki, DÇ-2026-nın finalında Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya tarixində 2-ci dəfə dünya çempionu olub.

Bizim.Media

































































































