Konfrans Liqası: "Zirə" növbəti oyununa çıxır

Hazırda oxunan: Konfrans Liqası: "Zirə" növbəti oyununa çıxır

626962

UEFA Konfrans Liqasındakı təmsilçimiz "Zirə" bu gün növbəti oyununa çıxır.

Bizim.Media xəbər verir ki, 2-ci təsnifat mərhələsində "Zirə" Estoniyanın "Payde" komandası ilə qarşılaşacaq.

Payde şəhərindəki eyni adlı stadionda baş tutacaq oyuna Bakı vaxtı ilə 20:00-da start veriləcək.
 

Qeyd edək ki, ilk təsnifat mərhələsində "Zirə" hər iki oyunda Gürcüstanın "Torpedo Kutaisi" klubundan üstün olub. Hər iki qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.


"Payde" isə ilk mərhələdə Litvanın "Hegelman" klubunu iki oyunun nəticəsinə əsasən məğlub etməyi bacarıb. İlk oyunda 3:0 hesablı qələbəyə sevinən Estoniya təmsilçisi cavab qarşılaşmasında 2:5 hesabı ilə məğlub olub.

Xatırladaq ki, "Zirə" və "Payde" arasında Bakıdakı qarşılaşma iyulun 30-da olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin