Avropa Liqası: "Qarabağ" Bolqarıstan komandası ilə qarşılaşacaq

Hazırda oxunan: Avropa Liqası: "Qarabağ" Bolqarıstan komandası ilə qarşılaşacaq

626951

Bu gün təmsilçimiz "Qarabağ" avrokuboklarda növbəti oyununa çıxır.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında doğma meydanda Bolqarıstanın "ÇSKA Sofiya" komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, "Qarabağ" ilk mərhələdə İslandiyanın "Vestri" klubunu iki oyunun nəticəsinə əsasən 6:0 hesabı ilə məğlub edib.

"ÇSKA Sofiya" isə hər iki oyunda Şimali İrlandiyanın "Derri Siti" klubundan üstün olub - 2:1 və 3:2.

Xatırladaq ki, "Qarabağ" və "ÇSKA Sofiya" klubları arasında cavab oyunu iyulun 30-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin