Mahir Emreli: Polşaya qayıtmaq nostalji hisslər oyatdı

Hazırda oxunan: Mahir Emreli: Polşaya qayıtmaq nostalji hisslər oyatdı

626814

Polşaya qayıtmaq məndə nostalji hisslər oyatdı.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Polşanın "Rakuv" komandasına transfer olunan Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
 

29 yaşlı hücumçu liqanı yaxşı tanıdığını bildirib: “Çox qısa bir dönəm də olsa, vaxtilə burada oynamışam və mütəmadi izlədiyim çempionatdır. Təbii ki, ilk anlarda müəyyən nostalji hisslər yaşadım. Burada gözəl günlərim keçib. Keçmiş klubumla ayrılığımız problemsiz baş tutmasa da, bir futbolçu kimi meydanda keçirdiyim vaxtdan zövq almışam. İndi yenidən buraya qayıtmaq xoşdur. Lakin biz buraya futbol oynamağa gəlmişik və bütün diqqətimizi yalnız oyuna yönəldəcəyik”.


Qeyd edək ki, müqavilə ilə Almaniyanın "Kayzerslautern" klubuna məxsus olan Mahir Emreli "Rakuv”da icarə əsasında çıxış edəcək. Onunla 1 illik müqavilə imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin