“Qarabağ” transfer etmək istəyirdi, ÇSKA təklif göndərdi

Hazırda oxunan: “Qarabağ” transfer etmək istəyirdi, ÇSKA təklif göndərdi

626806

“Qarabağ”ın transfer gündəmində olan Portuqaliyanın “Kasa Pia” klubunun futbolçusu Joao Qulart Bolqarıstana köçə bilər.

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi üçün Ağdam klubunun UEFA Avropa Liqasındakı rəqibi ÇSKA qarşı tərəfə rəsmi təklif göndərib.
 

Sofiya təmsilçisi mərkəz müdafiəçisinin keçidini 1,5 milyon avroya həll etməyi planlaşdırır. Lakin “Kasa Pia” aparıcı oyunçusunun satışından 2 milyon avroluq gəlir götürmək niyyətindədir. Ancaq başqa sərfəli təklif olmasa, portuqaliyalılar ÇSKA-nın təklifini qəbul edə bilər.


Qeyd edək ki, “Sportinq”in yetirməsinin “Kasa Pia” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin