Zinəddin Zidan Fransa yığmasının baş məşqçisi postuna təyin edilib. Tərəflər arasında artıq uzunmüddətli anlaşma rəsmiləşdirilib.
Bizim.Media xəbər verir ki, bu məlumatı tanınmış idman jurnalisti və insayder Fabrisio Romano özünün sosial şəbəkə hesabında paylaşıb.
Məlumata görə, hələ ötən ilin noyabrında əldə olunan şifahi razılaşma artıq kağız üzərində öz təsdiqini tapıb.
Bildirilir ki, bir çox klublar ötənlərin ulduz futbolçusunu öz sıralarına qatmaq istəsə də, fransalı mütəxəssis ölkəsinin millisində çalışmaq qərarını dəyişməyib.
Qeyd edək ki, Zidan 2021-ci ildən bəri heç bir komandanı çalışdırmırdı. O, karyerası ərzində iki fərqli dönəmdə - 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"in baş məşqçisi olub. Onun başçılığı altında "Kral klubu" üç dəfə UEFA Çempionlar Liqasının qalibi olmaqla, ümumilikdə 11 titul əldə edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:56 / 21.07.2026
Zidan Fransa yığmasının baş məşqçisi təyin edildi
Hazırda oxunan: Zidan Fransa yığmasının baş məşqçisi təyin edildi
Hazırda oxunan: Zidan Fransa yığmasının baş məşqçisi təyin edildi
626617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































