İspaniya millisinin dünya çempionatında qazandığı çempionluq münasibətilə keçirilən bayram tədbirləri faciə ilə yadda qalıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Salamanka yaxınlığındakı Ciudad Rodriqo şəhərində yerləşən tarixi “Arbol Gordo” fəvvarəsinin çökməsi nəticəsində 13 yaşlı uşaq ölüb, daha üç nəfər isə ağır xəsarət alıb.
Bildirilir ki, İspaniyanın Argentina üzərində qələbəsindən sonra ölkənin bir çox şəhərində olduğu kimi, Ciudad Rodriqoda da minlərlə azarkeş küçələrə çıxaraq çempionluğu qeyd edib. Şəhərin əsas toplaşma məkanlarından biri olan tarixi fəvvarənin ətrafında izdiham yaranıb.
Şənlik zamanı fəvvarənin üst hissəsi üzərində dayanan insanlarla birlikdə qəfil çöküb. Dağıntılar altında qalan 13 yaşlı oğlan xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
İlkin məlumata əsasən, yaralananlardan ən azı bir nəfərin ayağı sınıb. Hadisədən sonra ərazi polis tərəfindən mühasirəyə alınıb və təhlükəsizlik məqsədilə bağlanıb.
Hazırda hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar faciənin başvermə səbəblərini araşdırırlar.


Bizim.Media

- A-
- A
- A+
İdman
08:53 / 21.07.2026
DÇ sevincinə faciə kölgə saldı – FOTO
Hazırda oxunan: DÇ sevincinə faciə kölgə saldı – FOTO
Hazırda oxunan: DÇ sevincinə faciə kölgə saldı – FOTO
626507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































