İkiqat “Qızıl top” mükafatçısı vəfat etdi

Hazırda oxunan: İkiqat “Qızıl top” mükafatçısı vəfat etdi

626451

İngiltərə millisinin sabiq futbolçusu, ikiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Bildirilib ki, Kiqan 76 yaşında dünyasını dəyişib. O, iyunun 1-də "BBC Sport" telekanalına açıqlamasında dördüncü mərhələ xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı.
Keçmiş futbolçu və məşqçi ömrünün son anlarını həyat yoldaşı və qızlarının əhatəsində keçirib.
 

Kevin Kiqan futbolçu karyerası ərzində İngiltərənin "Liverpul", "Nyukasl" və "Sauthempton", Almaniyanın "Hamburq", eləcə də Avstraliyanın "Blektaun Siti" klublarında çıxış edib. O, "Liverpul"un heyətində üç dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə Superkuboku və UEFA Kubokunun qalibi olub, həmçinin İngiltərə Kuboku və Avropa Çempionlar Kubokunu qazanıb.


"Hamburq"un heyətində isə Almaniya çempionluğu və ölkə kubokunu əldə edib. Kiqan 1978 və 1979-cu illərdə "Qızıl top" mükafatına layiq görülüb və bu mükafatı iki dəfə qazanan yeganə ingilis futbolçu kimi tarixə düşüb. O, 2002-ci ildə İngiltərə Futbol Şöhrət Zalına qəbul edilib.

Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Kiqan "Nyukasl", "Fulhem" və "Mançester Siti" klublarını, həmçinin İngiltərə milli komandasını çalışdırıb. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin