“Neftçi” və “Zirə”nin mümkün rəqibləri müəyyənləşəcək

Hazırda oxunan: “Neftçi” və “Zirə”nin mümkün rəqibləri müəyyənləşəcək

626367

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Bizim.Media xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Azərbaycanın turnirdəki təmsilçiləri “Neftçi” və “Zirə” də növbəti raunddakı potensial rəqiblərini öyrənəcəklər.

Hər iki klub püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

“Neftçi” hazırda II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk), “Zirə” isə Estoniyanın “Payde” komandası ilə mübarizə aparır.
 

“Neftçi” növbəti mərhələdə “Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan), “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya), AEK (Larnaka, Kipr) – “Beytar” (İsrail) və “Luqano” (İsveçrə) – “Dukadjini” (Kosovo) cütlərinin qaliblərindən biri ilə qarşılaşa bilər.


“Zirə”nin mümkün rəqibləri isə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya), “Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya), “Rakuv” (Polşa) – “Valletta” (Malta), “Polesye” (Ukrayna) – “Kopenhagen” (Danimarka) və “Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya) cütlərinin qalibləri olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin