Qızıl medalı anasına hədiyyə etdi – VİDEO

Hazırda oxunan: Qızıl medalı anasına hədiyyə etdi – VİDEO

626364

Dünya Çempionatının qalibi olan Niko Vilyams (Nico Williams) mükafatlandırma mərasimindən sonra etdiyi davranışla gündəm olub.

Bizim.Media xəbər verir ki, final matçından sonra qazandığı qızıl medalı, 1994-cü ildə Qanadan Sahara səhrasını piyada keçərək İspaniyada yeni bir həyat qurmaq üçün köç edən anasına hədiyyə edib.
 

Belə ki, İspaniya millisinin uğurunda böyük pay sahibi olan gənc ulduz Niko Vilyams çempionluq medalını alan kimi ailəsinin yanına qaçıb. O, boynundakı qızıl medalı çıxararaq anasının boynuna taxıb.


Məlumata görə, Niko Vilyamsın anası 1994-cü ildə daha yaxşı bir gələcək qurmaq naminə Qanadan yola çıxıb, böyük təhlükələrlə Sahara səhrasını aşaraq İspaniyaya çatmağı bacarıb.

Ailəsinin keçdiyi bu çətin yolları və etdiyi fədakarlıqları unutmadığını göstərən Vilyamsın bu hərəkəti sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, İspaniya əlavə vaxtda vurulan qolla 1-0 hesabı ilə Argentinanı məğlub edərək tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin