Fransa millisinin hücumçusu Kilian Mbappe iki dünya çempionatında bombardir olan ilk futbolçu kimi tarixə düşüb.
Bizim.Media xəbər verir ki, 27 yaşlı forvard 2022 və 2026-cı il dünya çempionatlarında müvafiq olaraq 8 və 10 qol vuraraq hər iki turnirdə ən məhsuldar oyunçu olub.
Mbappe 2024-cü ildən İspaniyanın “Real Madrid” klubunda çıxış edir. O, 2024/2025 mövsümündə komandanın heyətində İspaniya Superkubokunu və Qitələrarası Kuboku qazanıb.
Fransalı futbolçu 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal əldə edib. O, dünya çempionatları tarixində 22 qolla ən çox fərqlənən futbolçudur.
2026-cı il FIFA Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilib. İlk dəfə 48 komandanın iştirak etdiyi turnirin qalibi İspaniya olub, Fransa millisi isə dördüncü yeri tutub.
Bizim.Media






































































































