Mbappe dünya çempionatları tarixinin yeni bombardiri oldu

Hazırda oxunan: Mbappe dünya çempionatları tarixinin yeni bombardiri oldu

626120

Fransa yığma komandasının hücumçusu Kilian Mbappe dünya çempionatları tarixində ən məhsuldar futbolçu kimi adını tarixə yazdırıb.

Bizim.Media  xəbər verir ki, futbol üzrə dünya çempionatının yarımfinalında İngiltərə komandasının qapısından iki top keçirən Kilian Mbappe bununla da indiyədək oynadığı üç mundialda vurduğu qolların sayını 22-yə çatdırıb.

Bu nəticə ilə o, 21 qolu olan argentinalı Lionel Messini qabaqlayaraq yeni rekorda imza atıb.

Dünya çempionatlarında 16 qol vuran Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze isə siyahıda üçüncü pillədə yer alıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin