“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi

Hazırda oxunan: “Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi

624518

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb. 

Bizim.Media xəbər verir ki, braziliyalı qapıçı Artur Auqusto Da Silva 2026-2027-ci illər mövsümünü komandanın heyətində keçirəcək. 27 yaşlı qolkiperlə anlaşmanın müddəti 1 ildir. 
 

O, karyerası ərzində Braziliyanın “Desportivo Braziliya”, Portuqaliyanın “Oliveyrense”, “Feyrense” klublarının qapısını qoruyub. Auqustonun ölkəmizə gəlməzdən əvvəl İndoneziyanın “Semen Padang” komandasında çıxış edib.  


Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin