Azərbaycan futbolunda TARİXİ UĞUR

Hazırda oxunan: Azərbaycan futbolunda TARİXİ UĞUR

624478

Avrokubokların I təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb.

Peşəkar Futbol Liqasının mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, təmsilçilərimiz keçirilən hər üç oyunda qalib gəlib.
 

UEFA Çempionlar Liqasında “Sabah” TNS-i (Uels) 2:0, UEFA Avropa Liqasında “Qarabağ” “Vestri”ni (İslandiya) və UEFA Konfrans Liqasında “Zirə” “Torpedo”nu (Kutaisi, Gürcüstan) eyni – 3:0 hesabı ilə məğlub edib.


Bu, qitəmiqyaslı klub turnirləri tarixində ikinci belə hadisədir. Komandalarımız bunadək yalnız bir dəfə həftə ərzində ən azı 3 oyun keçirib və hamısında qalib gəlmişdi. 2013/2014-cü illər mövsümündə “İnter” “Mariehamn”ı (Finlandiya) 2:0, “Qarabağ” “Metalurq”u (Şimali Makedoniya) və “Xəzər Lənkəran” “Slima”nı (Malta) eyni – 1:0 hesabı ilə üstələmişdi.

Həmin qarşılaşmaların üçü də UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutmuşdu və 2013-cü il iyulun 11-də keçirilmişdi.

13 ildən sonra 3 qələbə əldə olunsa da, bu dəfə daha yaxşı top fərqi qeydə alınıb. 2013-cü ildə qol buraxmayan üç klubumuz 4 qol vurubsa, yenə qapısını toxunulmaz saxlayan təmsilçilərimiz ikiqat çox – 8 dəfə rəqib qapısına yol tapıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin