Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Hazırda oxunan: Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

624362

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, qadın güləşçimiz Günay Qurbanova (59 kq) finalda isveçli Karin Samuelssona 2:10 hesabıyla məğlub olub.

Beləliklə, Qurbanova çempionatın gümüş medalını qazanıb.

Digər güləşçimiz Ruzanna Məmmədova (62 kq) macarıstanlı Barbara Baqerə "tuş"la qalib gələrək finala yüksəlib.

Zəhra Kərimzadə (72 kq) isə yarımfinalda litvalı Qreta Tverskiteyə 2:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin