İyulun 9-da Quba Olimpiya İdman Kompleksində Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə "Qızıl oyun" superkubok qarşılaşması keçirilib.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, gərgin mübarizə şəraitində baş tutan oyunda Qusar rayon çempionu olan “Quxuroba” FK ilə region çempionu olan “Qadaşoba” FK komandaları üz-üzə gəliblər.
Rəqibinə üstünlük nümayiş etdirən Qusar təmsilçisi oyundan 5:3 hesablı qələbə ilə ayrılıb.
Oyunu tribunadan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova və RİH Başçısı Aparatının məsul şəxsləri də izləyiblər. Oyundan sonra qalib komanda təltif olunub.
“Quxuroba” FK-ya Şimal Regional Futbol Federasiyası tərəfindən kubok və diplomlar təqdim edilib.
Eyni zamanda, regionda futbolun inkişafına göstərdiyi diqqət və qayğıya görə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanova təşəkkürnamə təqdim olunub. Komandamızı parlaq qələbə münasibətilə təbrik edir və uğurlar arzulayırıq.








Aytəkin Alxaslı, Şimal Bürosu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:00 / 10.07.2026
“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO
Hazırda oxunan: “Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO
Hazırda oxunan: “Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO
624361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































