Millimizin üzvü Rumıniya klubu ilə danışıq aparır

Hazırda oxunan: Millimizin üzvü Rumıniya klubu ilə danışıq aparır

624316

Futbol üzrə milli komandamızın üzvü Rahil Məmmədov yenidən xaricdə çıxış edə bilər.

Bizim.Media xəbər verir ki, son klubu “Araz Naxçıvan” olan futbolçu Rumıniyanın “Otselul” klubunun diqqətini cəlb edib.
 

Hazırda adıçəkilən klubun rəsmiləri Rahillə danışıqlara başlayıblar. Onlar keçidi bu yay həll etməyə çalışacaqlar. “Şəfa”nın da transfer etmək istədiyi 30 yaşlı müdafiəçi yaxın günlərdə dəqiqi qərarını verməlidir.


Qeyd edək ki, Rahil Məmmədov karyerası ərzində “Neftçi”, “Səbail”, “Qarabağ”, “Zirə” və Polşanın “Radomyak” klublarının şərəfini qoruyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin