Misir millisinin hücumçusu Məhəmməd Salah 2026-cı il dünya çempionatının 1/8 finalında Argentinaya 2:3 hesabı ilə uduzduqları oyundan sonra hakim idarəçiliyindən narazılığını ifadə edib.
Bizim.Media “Goals Side” saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu bu barədə deyib:
“Hakimlik barədə çox danışmaq istəmirəm. Çünki danışsam, böyük problemlə üzləşəcəyəm. Bütün qərarların sənin əleyhinə verildiyini görmək kədərli və məyusedicidir. Üstəlik, söhbət dünya çempionatının həlledici oyunundan gedir”.
Qeyd edək ki, Argentina 1/4 finalda İsveçrə ilə qarşılaşacaq. Oyun iyulun 12-də keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:31 / 08.07.2026
“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”
Hazırda oxunan: “Hakimlikdən danışsam, böyük problem yaşayacağam”
Hazırda oxunan: “Hakimlikdən danışsam, böyük problem yaşayacağam”
623974
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































