Lionel Messi antirekorda imza atdı

Hazırda oxunan: Lionel Messi antirekorda imza atdı

623903

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində eyni turnir ərzində iki penalti zərbəsini qola çevirə bilməyən ilk futbolçu olub.

Bizim.Media xəbər verir ki, Messi DÇ-2026-nın 1/8 final mərhələsində Misir millisinə qarşı keçirilən oyunun 21-ci dəqiqəsində təyin olunan on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Onun vuruşunu qapıçı Mustafa Şubir dəf edib.
 

Bundan əvvəl isə Messi qrup mərhələsinin II turunda Avstriya millisi ilə keçirilən və Argentinanın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə də penalti zərbəsini qaçırmışdı.


Beləliklə, Messinin mundiallarda oyun vaxtı yerinə yetirdiyi, lakin qola çevirə bilmədiyi penaltilərin sayı dördə çatıb ki, bu da turnirin tarixində ən pis göstəricidir. Burada yalnız matç zamanı vurulan on bir metrlik cərimə zərbələri nəzərə alınır, penaltilər seriyası isə bu statistikaya daxil edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin