Kriştianu Ronaldonun Dünya Çempionatı macərası uğursuzluqla başa çatsa da, doğma şəhərinin insanları onun zəhmətini unutmayıblar.
Bizim.Media “OSEN” nəşrinə istinadən xəbər verir ki, əfsanəvi futbolçunun doğulduğu Madeyra adasının Funşal şəhərində möhtəşəm şou təşkil edilib.
Sahil boyu səmaya qalxan yüzlərlə dron əvvəlcə Portuqaliya bayrağını, daha sonra isə portuqal dilində "OBRIGADO, 7" (Təşəkkür edirik, №7) yazısını canlandırıblar.
Şounun sonunda isə səmada Ronaldonun 7 nömrəli forması və onun meydanlarda məşhurlaşdırdığı qol sevinci — "Siuuu" (Hoo) pozası təsvir edilib.
Qeyd edək ki, Portuqaliya millisi Şimali Amerikada keçirilən 2026-cı il FİFA Dünya Çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə uduzaraq, turnirdə mübarizəni dayandırıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:46 / 07.07.2026
Ronaldonun şərəfinə doğma şəhərində möhtəşəm dron şousu – VİDEO
Hazırda oxunan: Ronaldonun şərəfinə doğma şəhərində möhtəşəm dron şousu – VİDEO
Hazırda oxunan: Ronaldonun şərəfinə doğma şəhərində möhtəşəm dron şousu – VİDEO
623847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































