Meksika milli futbol komandası amerikalı bloqerin futbolçulara bağışladığı, ümumi dəyəri 1 milyon dollar olan "Rolex" saatlarını geri qaytarıb.
Bizim.Media xəbər verir ki, buna səbəb FİFA-nın etik qaydalarına əsasən futbolçuların bahalı hədiyyələr qəbul etməsinin qadağan olunmasıdır.
Hadisə DÇ-2026-nın 1/16 final mərhələsində Ekvadorla keçirilən matçdan əvvəl baş verib.
Məşhur bloqer Stiv Deleonardis (Stevewilldoit) komandanın məşq bazasına gələrək futbolçulara hər birinin dəyəri 30 min ilə 90 min dollar arasında dəyişən lüks saatlar paylayıb. Bloqer bu səxavətini onun Meksikanın qələbəsinə qoyduğu 2 milyon dollarlıq mərcdən əldə etdiyi mənfəətlə əlaqələndirib və artıq Meksikada yaşadığı üçün yığmaya azarkeşlik etdiyini bildirib.
Lakin FİFA-nın etik kodeksinə görə, futbolçulara yalnız simvolik dəyəri olan hədiyyələr qəbul etməyə icazə verilir. Hər hansı bir şəxsin matçın nəticəsinə təsir göstərə biləcək və ya maraqların toqquşmasına səbəb ola biləcək bahalı hədiyyələri qadağandır.
Bu qaydaların pozulması futbolçuların 12 500 dollaradək cərimələnməsinə, hətta iki il müddətinə futboldan uzaqlaşdırılmasına səbəb ola bilərdi.
Meksika yığmasının rəhbərliyi vəziyyəti dərhal qiymətləndirərək, saatların bloqerə geri qaytarılması barədə qərar qəbul edib. Rəsmi açıqlamada vurğulanıb ki, bu qərar bloqerlə razılaşdırılıb və hədiyyə təşəbbüsü tamamilə onun şəxsi istəyi ilə baş verib.

Bizim.Media

- A-
- A
- A+
İdman
09:47 / 07.07.2026
Meksikalı futbolçular 1 milyon dollarlıq hədiyyədən imtina etdi - FOTO
Hazırda oxunan: Meksikalı futbolçular 1 milyon dollarlıq hədiyyədən imtina etdi - FOTO
Hazırda oxunan: Meksikalı futbolçular 1 milyon dollarlıq hədiyyədən imtina etdi - FOTO
623710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































