Prokuror həbsdə olan bloqqerə cəza istəyib

Hazırda oxunan: Prokuror həbsdə olan bloqqerə cəza istəyib

46580

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqger Əbdül Əbilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Moderator.az-ın məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 Proses mayın 27-də davam etdiriləcək.

 Qeyd edək ki, Ə.Əbilov ötən il noyabrın 22-də tutulub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin