İTV-nin əməkdaşı yol qəzasında öldü

Hazırda oxunan: İTV-nin əməkdaşı yol qəzasında öldü

33975


Moderator.az Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Kürkəndi kəndində 1984-cü il təvəllüdlü Novruzov Samir Sabir oğluna məxsus "Nissan" markalı minik avtomobili sahibi məlum olmayan digər vətəndaşa məxsus "Tofaş" markalı maşınla toqquşub. Nəticədə "Nissan" markalı avtomobilin mühərrik hissəsi yanıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri ağır bədən xəsarətləri ilə hadisə yerində ölüb və yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılıb. Yanğın saat 00:13-də söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Musavat.com-un əldə etdiyi məlumata görə, "Tofaş"ı İTV-nin bölgə müxbiri Tural Bağırov idarə edib. O, əvvəllər ANS telekanalında da işləyib.

İTV-nin əməkdaşı yol qəzasında öldü İTV-nin əməkdaşı yol qəzasında öldü
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin