Milli Məclis yaxınlığında ağac kəsimi FOTO

Hazırda oxunan: Milli Məclis yaxınlığında ağac kəsimi FOTO

53394
Paytaxtda daha bir kütləvi ağac kəsimi qeydə alınıb.

Milli Məclisin binasının arxasındakı poliklinikada təmir işləri ilə əlaqədar iş gedir. Söküntü-təmir işləri poliklinikanın ətrafındakı xeyli sayda ağacın kəsilməsinə səbəb olub.

Ərazidə işləyən fəhlələr çinar və şam ağaclarını kökündən kəsərək "KamAZ"a doldurublar. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılıb. Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır. 

ETSN-dən  verilən məlumata görə, sözügedən ağac kəsimi Səbayıl rayonu Mətbuat prospekti 2, 2a, 2b, və 4 ünvanında yerləşən binaların ətrafında aparılıb. Bu, dövlət əhəmiyyətli layihə olduğu üçün Nazirlik ağacların kəsilməsi, budanması və köçürülməsinə rəy verib.

Nazirlikdən qeyd ediblər ki, rəy, binaların fasadlarının yenilənməsi zamanı ağaclar maneçilik yaratdığı üçün verilib. 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin