Ərdoğan bu gün Qarabağa səfər edəcək

Hazırda oxunan: Ərdoğan bu gün Qarabağa səfər edəcək

646600

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə Qarabağa səfər edəcək və Prezident İlham Əliyevlə görüşəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.
 

Ərdoğanın Qarabağda keçiriləcək Zəfər Günü tədbirlərində iştirakı gözlənilir. İki liderin görüşündə Türkiyə-Azərbaycan münasibətləri, eləcə də regional və qlobal proseslər müzakirə olunacaq.


Səfər ərəfəsində Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib. O, məktubunda Azərbaycanın torpaqlarını azad etməsini yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün tarixi nailiyyət və qürur mənbəyi adlandırıb.

Türkiyə Prezidentinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası prosesinin sürətlə davam etməsi sevindiricidir.

Ərdoğan Şuşa Bəyannaməsindən sonra iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndiyini vurğulayıb.

O, Cənubi Qafqazda davamlı sülhün, əmin-amanlığın və sabitliyin təmin olunması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin