Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqları Rusiyanın Rostov vilayətində Mius çayı üzərindəki körpüyə ziyan vurub.
Bizim.Media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yuri Slyusar məlumat yayıb
Onun sözlərinə görə, səhər saatlarında Ukrayna pilotsuz uçuş aparatları ilə vilayətə zərbələr endirib. Rusiya hava hücumundan müdafiə qüvvələri hücumun qarşısını almağa çalışıb.
Slyusar bildirib ki, PUA qalıqlarının Neklinovski rayonunda R-280 avtomobil yolunun 97-ci kilometrliyinə düşməsi nəticəsində körpünün yol örtüyü və iki tırtıllı kran zədələnib. Hadisə zamanı xəsarət alan olmayıb.
Bizim.Media




































































































