İskəndər İskəndərov Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.
Bizim.Media xəbər verir ki, İskəndər Firudin oğlu İskəndərov 1986-cı ildə Zaqatala şəhərində anadan olub. 2003–2009-cu illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb.
Əmək fəaliyyətinə həkim-anestezioloq-reanimatoloq kimi başlayan İskəndər İskəndərov ixtisası üzrə müxtəlif beynəlxalq seminarlarda iştirak edib, peşəkar bilik və təcrübəsini daim artırıb.
O, 2024-cü ilin sentyabr ayından Qax Rayon Mərkəzi Xəstəxanasında direktor müavini – baş həkim vəzifəsində çalışıb.
Bizim.Media


































































































