Türkiyədə 4 illik bakalavr təhsili 3 ilə endirilir

Hazırda oxunan: Türkiyədə 4 illik bakalavr təhsili 3 ilə endirilir

646578

Türkiyədə universitetlərdə dördillik bakalavr təhsilinin üç ilə endirilməsi istiqamətində iş aparılır.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar açıqlayıb.

O bildirib ki, Avropanın bir sıra ölkələrində bakalavr təhsili orta hesabla üç il davam edir, bəzi proqramlarda isə təhsil modeli 3+2 il şəklində tətbiq olunur.

Erol Özvarın sözlərinə görə, Türkiyədə də bakalavr təhsilini 180 kredit əsasında formalaşdıraraq üç il ərzində tamamlamaq mümkündür.

YÖK sədri qeyd edib ki, universitetlər artıq bir ildir bu dəyişikliklə bağlı hazırlıq prosesinə cəlb olunub.

Qeyd edək ki, təklifin həyata keçirilməsi Türkiyədə bakalavr təhsilinin müddətinin azaldılması və ali təhsil sistemində dəyişikliklər deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin