6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşündə bir liderin qətiyyəti, bir xalqın arzusu və bir ordunun gücü birləşərək 8 Noyabrda Şuşa zirvəsinə yüksəldi.
Bizim.Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, bu gün azad Qarabağda canlanan həyat var, Böyük Qayıdış var, sülh və əmin-amanlıq dolu gələcək var.
Polis və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları işğaldan azad olunmuş torpaqlarda asayişi və ictimai təhlükəsizliyi göz bəbəyi kimi qorumaq üçün fasiləsiz xidmət aparırlar.
Bu əlamətdar gündə xalqımızı səmimi qəlbdən təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla anırıq.
Zəfər Günün mübarək, Azərbaycan!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:38 / 07.11.2026
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - Video
Hazırda oxunan: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - Video
Hazırda oxunan: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - Video
646527
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































