Payızda yaz havası - Şabalıd ağacları çiçək açdı - Foto

Hazırda oxunan: Payızda yaz havası - Şabalıd ağacları çiçək açdı - Foto

646549

Böyük Britaniyada mülayim payız havası ağacların vaxtından əvvəl çiçəkləməsinə səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, bəzi şabalıd ağacları artıq yaz fəslinə xas inkişaf əlamətləri göstərir. Bu hal mövsümi tarazlığı poza, ağacların yazda normal inkişafına mane ola bilər.

Ekspertlər bildirirlər ki, yayda müşahidə olunan istilər və quraqlıq ağacları zəiflədib, payızdakı mülayim hava isə onların yenidən böyüməsinə təkan verib.

Mütəxəssislər dəyişikliklərin ağaclara uzunmüddətli təsirinin 2028-ci ilin yazında daha aydın görünəcəyini gözləyirlər.

Payızda yaz havası - Şabalıd ağacları çiçək açdı - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin