"Qalatasaray"da zədə kabusu: Osimhendən sonra daha bir ulduz sıradan çıxdı

Hazırda oxunan: "Qalatasaray"da zədə kabusu: Osimhendən sonra daha bir ulduz sıradan çıxdı

646562

Türkiyənin “Qalatasaray” klubunda zədə problemi davam edir.

Bizim.Media xəbər verir ki, Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Rafael Leao “Amedspor”la qarşılaşmada zədələnərək oyunu davam etdirə bilməyib.

Türkiyə Super Liqasının 11-ci turu çərçivəsində keçirilən matçda ilk 11-likdə meydana çıxan portuqaliyalı futbolçu görüşün ilk dəqiqələrində komandasının ilk qolunu vurub. Lakin ikinci hissənin əvvəlində zədə alan Leao 47-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.

Baş məşqçi Okan Buruk onun əvəzinə 50-ci dəqiqədə Deniz Gülu oyuna daxil edib.

Futbolçunun rəqibin müdaxiləsi nəticəsində zədələnmədiyi bildirilir. Onun zədəsinin “RAMS Park” stadionunun ot örtüyü ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Bununla belə, zədənin səbəbi ilə bağlı rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, “Qalatasaray”ın digər hücumçusu Viktor Osimhen də zədə səbəbindən sıradan çıxıb və əməliyyat olunub. Rafael Leaonun zədəsinin nə dərəcədə ciddi olduğu isə tibbi müayinələrdən sonra məlum olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin