Zelenski: Trampın təklif etdiyi razılaşma bütün Avropa üçün təhlükəli ola bilər

Hazırda oxunan: Zelenski: Trampın təklif etdiyi razılaşma bütün Avropa üçün təhlükəli ola bilər

646521

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü  "böyük və möhtəşəm razılaşma" ideyasının bütün Avropa üçün təhlükə yarada biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, Zelenski CNN telekanalına müsahibəsində Rusiyanın müharibənin dayandırılması və gərginliyin azaldılması istiqamətində heç bir hazırlıq nümayiş etdirmədiyini deyib. 

Bununla belə, onun sözlərinə görə, ABŞ artıq Rusiya ilə Avropada yeni təhlükəsizlik arxitekturasını müzakirə etməyə hazırdır.

"Bu, hamımız üçün təhlükəlidir. Hamımız Avropada yaşayırıq. Biz yeni Yalta istəmirik. Belə bir formata hazır deyilik. Rusiyanın bizi parçalamağını istəmirik" – deyə Ukrayna lideri vurğulayıb.

Zelenski qeyd edib ki, hazırda nə Kiyev, nə də Avropa ölkələri Vaşinqtonun sözügedən təşəbbüs çərçivəsində konkret olaraq nə təklif etdiyini anlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin