Ukraynada əcnəbilərin işə qəbulu asanlaşdırılır

Hazırda oxunan: Ukraynada əcnəbilərin işə qəbulu asanlaşdırılır

646518

Ukrayna hökuməti ölkədə işçi qüvvəsi çatışmazlığı yaşanan sahələr üzrə xarici vətəndaşların işə qəbulunu sürətləndirmək məqsədilə yeni mexanizm hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Nazirlər Kabinetinin hazırladığı qərar layihəsinə əsasən, əcnəbilər ixtisaslı kadrlara ehtiyac duyulan sahələrdə daha asan işə düzələ biləcəklər. Söhbət qaynaqçılar, sürücülər, elektromontyorlar, dərzilər, həkimlər, aşpazlar və müəllimlər kimi mütəxəssislərdən gedir.

Təklif olunan yeniliyə əsasən, xarici vətəndaşlar peşə ixtisaslarının təsdiqini və zəruri sənədlərin təqdim edilməsini “Diya” elektron platforması vasitəsilə həyata keçirə biləcəklər.

Hazırda bu proses tamamilə kağız sənədlər üzərindən aparılır və 3-6 ay vaxt aparır. Yeni mexanizmin tətbiqi ilə müddətin 20 günədək azaldılması, xarici işçilərin işə qəbul xərclərinin isə təxminən 20 faiz aşağı salınması nəzərdə tutulur.

Məlumata görə, hazırda Ukraynaya işləmək üçün ən çox Hindistan, Özbəkistan və Türkiyə vətəndaşları gəlirlər.

Qeyd edək ki, təklif olunan dəyişikliklər hələ qərar layihəsi mərhələsindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin