Fələstinə dəstək konsertləri vermək istəyən məşhur reper bütün arenalarda rədd edildi

Hazırda oxunan: Fələstinə dəstək konsertləri vermək istəyən məşhur reper bütün arenalarda rədd edildi

646550

ABŞ-lı məşhur reper Macklemore Fələstinə dəstək məqsədilə təşkil etməyi planlaşdırdığı xeyriyyə konsertləri üçün ölkənin 9 böyük arenasından imtina cavabı aldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, reper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Macklemore bildirib ki, “Azad Fələstin” adlı yardım turnesinin ABŞ mərhələsi üçün sentyabrın ortalarında bir sıra arenalardan ilin sonunadək uyğun tarixlər təklif olunub. Lakin konsertlərin Fələstinə dəstək məqsədi daşıdığı məlum olduqdan sonra həmin təkliflər geri götürülüb.

İfaçının sözlərinə görə, imtina edən məkanlar arasında Madison Square Garden, Prudential Center, Barclays Center, UBS Arena, Intuit Dome, Kia Forum, Crypto.com Arena, Chase Center və Climate Pledge Arena var.

Reper bu vəziyyətlə 20 ildən artıq səhnə fəaliyyətində ilk dəfə qarşılaşdığını deyib və əyləncə sənayesində nüfuzlu şəxslərin Fələstinə dəstək verən sənətçiləri susdurmağa çalışdığını iddia edib.

Qeyd edək ki, Macklemore turne çərçivəsində Dublin, Paris və Londonda konsertlər verib. Həmin tədbirlərdən əldə olunan gəlirin Fələstin xalqına dəstək göstərən humanitar təşkilatlara yönəldilməsi nəzərdə tutulub.

Macklemore turneni davam etdirəcəyini və yeni konsertlər təşkil etmək üçün digər sənətçilərlə əməkdaşlıq edəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin