İran raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Bizim.Media xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhəbi ISNA agentliyinə açıqlamasında bildirib.
“Bu məhdudiyyətlər artıq bizim üçün qüvvədə deyil. Lakin biz hələ də bu imkanlarımızı praktikada nümayiş etdirməliyik”, – deyə Möhəbi bildirib.
Bir neçə gün əvvəl İranın “IRINN” dövlət televiziya kanalının efirində Avropa ölkələrinin və Ukrayna şəhərlərinin ərazisinə mümkün raket zərbələrini əks etdirən xəritə nümayiş etdirilib.
Xəritədə Kiyev, Odessa, Lvov, eləcə də Polşanın Jeşuv şəhəri göstərilib. Müvafiq qrafik materialı belə bir yazı müşayiət edib:
“Raketlərimiz Avropaya çatacaq və biz Amerika imperialistlərini və onların müttəfiqlərini məhv edəcəyik”.
Oktyabrın 31-də İranın ali dini lideri Müctəba Xamenei hərbçilərə istənilən təhdidə qətiyyətlə cavab vermək barədə göstəriş verib.
Bizim.Media

- A-
- A
- A+
Region
15:36 / 07.11.2026
İrandan Avropaya raket mesajı - SEPAH-ın qərarı diqqət çəkdi
Hazırda oxunan: İrandan Avropaya raket mesajı - SEPAH-ın qərarı diqqət çəkdi
Hazırda oxunan: İrandan Avropaya raket mesajı - SEPAH-ın qərarı diqqət çəkdi
646510
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































