Ermənistan İrana və ya digər qonşu ölkələrinə qarşı yönəlmiş heç bir prosesə qoşulmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İkinci Ümumerməni Dünya Sammiti çərçivəsində keçirilən müzakirələrdə danışıb.
O bildirib ki, Ermənistan birbaşa qonşusuna, xüsusilə İrana qarşı yönəlmiş hər hansı layihədə iştirak edə bilməz və bu barədə ölkənin bütün qonşularına məlumat verilib.
"Biz heç vaxt İrana və ya hər hansı qonşumuza qarşı yönəlmiş prosesə qoşulmayacağıq və qoşula da bilmərik. Bu, bizim siyasi mövqeyimizdir. İkincisi, TRIPP iqtisadi layihədir. Bu layihə çərçivəsində bir nəfər belə silahlı hərbçinin olması nəzərdə tutulmur" – deyə Simonyan vurğulayıb.
O, TRIPP layihəsinin İran üçün də yeni imkanlar yaradacağını qeyd edib və Ermənistanla ABŞ arasında həyata keçirilən bu layihə çərçivəsində İrana qarşı hər hansı addım atılmasını istisna edib.
Simonyanın sözlərinə görə, layihə Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar açan Orta Dəhlizin mühüm hissəsidir.
Bizim.Media
































































































