Bu gün saat 12:20-də Bakı şəhəri, Novxanı qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə Namiq Nuru oğlu Babayevin idarə etdiyi, 77-TC-498 dövlət qeydiyyat nişanlı "KIA Rio" markalı avtomobillə yolda dönmə manevri edən zaman 77-HP-162 dövlət nömrə nişanlı "Lada Granta" markalı avtomobilin sürücüsünün ara məsafəsini düzgün seçməməsi nəticəsində baş verib.
Qəza nəticəsində "Lada Granta" markalı avtomobilin sürücüsü Qabil Qabil oğlu Xudiyev və sərnişin Zamin Əli oğlu Hüseynli xəsarət alıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:01 / 07.11.2026
Novxanıda iki maşın toqquşdu: Xəsarət alanlar var - Video
Hazırda oxunan: Novxanıda iki maşın toqquşdu: Xəsarət alanlar var - Video
Hazırda oxunan: Novxanıda iki maşın toqquşdu: Xəsarət alanlar var - Video
646522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































