Alimlərin son araşdırmasına görə, Yer kürəsinin həyat üçün əlverişli qalmasını təmin edən doqquz əsas ekoloji həddən yeddisi artıq aşılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Popular Mechanics” nəşri “Planetary Guardians” təşkilatı və Potsdam İqlim Tədqiqatları İnstitutunun hazırladığı hesabat əsasında məlumat yayıb.
Hesabatda 60-dan çox alim planetin vəziyyətini qiymətləndirib.
Aşılanmış hədlər arasında iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, qlobal azot dövranının pozulması, okeanların turşulaşması, şirin su ehtiyatlarının vəziyyətinin dəyişməsi və biosferin bütövlüyünün pozulması var.
Okeanların turşulaşması 2025-ci ildə yeddinci təhlükəli həddə çevrilib. Hazırda təhlükəsiz həddə qalan iki göstərici stratosferdə ozon qatının vəziyyəti və atmosferin aerozollarla çirklənməsidir.
Alimlər xəbərdarlıq edirlər ki, planetin ekoloji sistemlərinə təzyiq artır. Bu isə genişmiqyaslı, uzunmüddətli və potensial olaraq geri dönməz dəyişikliklər riskini yüksəldir.
Bizim.Media




































































































