Yaponiyanın əfsanəvi futbolçusu Kazuyoshi Miura 59 yaşında meydana çıxaraq ölkə çempionatının tarixində yeni rekorda imza atıb.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, “King Kazu” ləqəbi ilə tanınan futbolçu noyabrın 7-də Yaponiyanın üçüncü divizionunda çıxış edən “Fukushima United” klubunun heyətində meydana çıxıb.
O, “FC Ryukyu” ilə qarşılaşmanın ikinci hissəsinə əlavə olunmuş vaxtda oyuna daxil olub. Görüş “Fukushima United”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
59 yaş 8 ay 12 günlük futbolçu bununla da Yaponiya çempionatının üçüncü divizionunda meydana çıxan ən yaşlı oyunçu olub.
Miuranın bu çıxışı 2021-ci ildən bəri liqa oyununda ilk iştirakı olub. O, hazırda peşəkar karyerasının 42-ci mövsümünü keçirir.
Qeyd edək ki, yaponiyalı hücumçu beş fərqli onillikdə peşəkar futbol oynamağı bacarıb. O, bu ilin iyulunda İmperator Kubokunda qol vuraraq təxminən dörd illik fasilədən sonra rəsmi oyunda fərqlənib.
Bizim.Media

- A-
- A
- A+
İdman
02:35 / 08.11.2026
59 yaşında tarix yazdı: Yapon futbolçu yeni rekorda imza atdı
Hazırda oxunan: 59 yaşında tarix yazdı: Yapon futbolçu yeni rekorda imza atdı
Hazırda oxunan: 59 yaşında tarix yazdı: Yapon futbolçu yeni rekorda imza atdı
646576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































